AZ

Trend BİA Azərbaycanı Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun Yaz Sessiyasında təmsil edir

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) Yaz Sessiyası (IMF Spring Meetings) keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, aprel ayının 15-dən 20-dək davam edəcək tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərdən ibarət qrup üçün xüsusi seminarlar təşkil olunub.

Seminarlarda Azərbaycandan yeganə təmsilçi kimi Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktorunun müavini Ləman Zeynalova dəvət olunub.

Seminarlarda BVF-in yüksək vəzifəli şəxsləri də iştirak edirlər.

Qeyd edək ki, BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

Bundan başqa, bu görüşlərdə sənaye siyasətinə dönüş, inkişaf etməkdə olan ölkələrdə vergi potensialının artırılması, enerji subsidiyalarının ayrılması ilə əlaqədar islahatlar, Avropa və Asiyada maliyyə sabitliyi üçün geoiqtisadi fraqmentasiyanın nəticələri kimi mövzular diqqət mərkəzində olacaq. Həmçinin qlobal maliyyə sabitliyi ilə bağlı yenilənmiş məruzə və dünya iqtisadiyyatının perspektivlərinə dair hesabat təqdim olunacaq.

Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq