AZ

Qanun dəyişdi: Azərbaycanda siqaretin qiyməti yenidən qalxacaq

Milli Məclisdə “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edilib. Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir. Qanunda tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması öz əksini tapıb. 

Qeyd edilənləri nəzərə alanda, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Bəs görəsən bu dəyişiklik tütün məmulatlarının qiymətinə təsir göstərəcəkmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu dəyişiklik qiymətlərin bahalaşmasına gətirib çıxacaq: 

“Onsuz da tütün və alkoqol məmulatlarını satmaq üçün lisenziya şərti var idi. Bu ona gətirib çıxaracaq ki, xırda ticarət məntəqələrində artıq tütün və spirtli içki məhsulları satıla bilməyəcək. Hazırda məlum olduğu kimi, qəzet köşklərində belə istənilən siqaret satılır. Yəqin ki, onlar yığışdırılacaq. Təkcə böyük ticarət şəbəkələri bu lisenziyanı ala biləcək. Bu da təbii ki, qiymətlərin bahalaşmasına səbəb olacaq. Ancaq bu qiymət artımı ilə həll olunacaq məsələ deyil. Əksinə, elə bir şərait yaranar ki, xarici ölkələrdən gətirilən siqaret və spirtli içkilərin bazarda sayı arta bilər”. 

Ekpsertin fikrincə, qanunda edilən dəyişiklik bazarda kustar üsulla hazırlanmış spirtli içkilərin artması ilə nəticələnə bilər: 

“Belə dəyişiklər zamanı qonşu ölkələrdəki eyni məhsulla bağlı qiymət göstəriciləri mütləq nəzərə alınır. Qonşu ölkələrdə qiymətlər aşağı olacaqsa, xaricdən ixracın qarşısını almaq mümkün olmayacaq. Alkaqollu içkilərdə isə vəziyyət daha pis ola bilər. Çünki belə olan təqdirdə kustar üsulla hazırlanan içkilərin sayı bazarda arta bilər. Bu isə insan sağlamlığına daha pis təsir edir. Rusiyada bununla bağlı mənfi nümunənin şahidi olmuşuq. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır. Əks effektlər mütləq nəzərə alınmalıdır”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
17849
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11829
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5359
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5268
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
3914
Rəisi öldü, Pakistanda matəm elan edildi
3726
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3274
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3223
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3021
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2772
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2669
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2561
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2377
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2265
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2025
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1912