AZ

Ağdamda yol qəzası olub, sürücü ölüb

Ağdamda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili ilə "BMW" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. "VAZ-2107" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
14
Mənbələr
Şərh ()
Bağla