AZ

Maksimum bal toplayan Kəlbəcər məktəblisi həkim olmaq İSTƏYİR

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini bu gün açıqlayıb.

İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

39 nəfərdən biri Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin şagirdi Sona Səfər qızı Rüstəmzadədir.


Modern.az saytı 300 bal toplayan Sona Rüstəmzadə ilə əlaqə saxlayıb. 
 

Buraxılış imtahanında maksimum bal toplayan Sona gələcəkdə həkim olmaq istədiyini deyib:
 

"Ali məktəblərə qəbul imtahanlarına IV qrup üzrə hazırlaşıram. Buraxılış imtahanından belə nəticə əldə edəcəyimi gözləyirdim. Düşünürdüm ki, bütün sualları cavablandıracam, amma yenə də bəzi tərəddüdlərim var idi. Çox sevinirəm ki, əziyyətimin qarşılığını gördüm.
Növbəti imtahana da əzmlə hazırlaşıram. Ümid edirəm ki, ondan da maksimum nəticə əldə edəcəm. Həkim olmaq istəyirəm. Azərbaycan Tibb Unversitetində təhsil almaq, cərrah olmaq xəyalındayam.
Aali təhsilimi xaricdə davam etdirib peşəkar həkim olduqdan sonra Azərbaycana qayıtmaq istərdim. Ölkəmizin yaxşı həkimlərə ehtiyacı var. Ona görə də burada işləmək istəyərdim".

Seçilən
66
31
Mənbələr
Şərh ()
Bağla