AZ

İmtahandan sıfır bal toplayan şagirdlərə attestat veriləcək?

“Buraxılış imtahanında sıfır bal toplamaları abituriyentlərin attestat almasına mane olmur”.

Bu sözləri Publika.az-a nəticələri ləğv olunan abituriyentlərin gələcək taleyi barədə açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, may ayının 3 və 10-da keçirilən imtahanlar əsas etibarilə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən, həmçinin 11-ci sinif bazasından kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün çox əhəmiyyətlidir.

“Ali məktəblərə qəbul olmaq istəyən 1-ci, 2-ci, 3-ü, 4-cü, hətta 5-ci ixtisas qrupu üzrə abituriyentlərin buraxılış imtahanından topladıqları bal qəbul imtahanında topladıqları balların üzərinə gəlir və bununla müvafiq ixtisas seçiminə gedilir. Həmçinin mart ayının üçündə və onunda keçirilən buraxılış imtahanında toplanan balla 11-ci sinif bazasından kolleclərə seçim mümkündür.

Buraxılış imtahanından xaric olmaları şagirdlərin attestat almasına da mane olmur. İmtahan nəticələri sıfır olsa belə və yaxud da buraxılış imtahanında hər hansı qayda pozduğuna, imtahanda yol verdiyi nöqsanlara görə imtahandan kənarlaşdırılan şagirdlər həmin il Azərbaycanda keçirilən qəbul imtahanlarında iştirak edə bilmirlər. Hətta müsabiqə şərtlərini ödəsələr belə. Həmin şəxslər attestat alır, yəni imtahanda pozduqları qayda onların attestat almasına mane olmur, sadəcə olaraq attestatın sağ tərəfində, yuxarıda sıfır bal topladıqları qeyd olunur. Həmin şəxslər attestatlarını alıb, xarici ölkələrdə təhsil almağa gedə bilərlər. Bunun üçün hər hansı bir maneə yoxdur. Və yaxud da gələn il eyni imtahanda iştirak edib, Azərbaycanda ali məktəblərə qəbul ola bilərlər”.

Kamran Əsədov onu da əlavə etdi ki, abituriyentlər arasında gələcək karyerasını düşünməyənlər də az deyil.

Seçilən
225
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25873
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25000
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18096
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14100
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
13995
Sabah 20 dərəcə isti olacaq
9345
May ayında Azərbaycana qar yağdı - VİDEO
8656
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8406
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8301
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7065
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6958
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6714
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6326
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6296
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6284
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5906
Azərbaycan nefti ucuzlaşıb
5786
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5613
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593