AZ

"Bizə Rusiya qanunu lazım deyil" - Gürcülər ayağa qalxdı - FOTO

Gürcüstan parlamenti yaxınlığında “xarici agentlər haqqında” qanuna etiraz əlaməti olaraq aksiya keçirilir.

Bakupost.az SOVA-ya istinadla xəbər verir ki, artıq ikinci gündür ki, Gürcüstan QHT və KİV nümayəndələri hakim partiyanın “xarici agentlər haqqında" qanunun Rusiya analoqunu qəbul etmək niyyətinə etiraz edirlər.

Aprelin 15-də parlamentin hüquq komitəsi “xarici agentlər haqqında” qanunu dəstəkləyib, aprelin 16-da isə deputatlar birinci oxunuşda ona baxmağa başlayıblar.

Aksiya iştirakçılarının əlində Gürcüstan və Aİ bayraqları və plakatlar var. Plakatlarda “Rusiya qanunlarına yox!”, “Avropaya bəli!”, “Biz Rusiyanı yox, Avropanı seçirik!”, “Senzuraya yox!” və s. şüarlar yaxılıb.

Aprelin 15-də olduğu kimi bu gün də onlayn media nümayəndələri parlament binasına buraxılmayıb. Spiker Şalva Papuaşvili bu qərarın onlayn media jurnalistlərindən birinin büro iclası zamanı etirazına - plakat asmasına görə verildiyini bildirib.

Papuaşvili qeyd edib ki, parlament binasında akkreditasiyadan keçmiş və jurnalist fəaliyyəti ilə məşğul olan bütün 17 televiziya kanalının çəkiliş qrupları işləyir:

"Onlar qanunverici orqan daxilində vətəndaş mövqeyini ifadə etməklə məşğul deyillər. Bu, jurnalist etikasının pozulması olardı".

Qeyd edək ki, hakim “Gürcü arzusu” Gürcüstan parlamentində Rusiyanın “xarici agentlər haqqında” qanununun analoqunun qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Zaur, BakuPost
Seçilən
51
9
Mənbələr
Şərh ()
Bağla