AZ

"Qurban Qurbanovun adı 2 klubun "short-list"ində yer alıb" - TANINMIŞ MENECER

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.

Offsideplus.az xəbər verir ki, "köhlən atlar"ın həm futbolçularına, həm də baş məşqçisi Qurban Qurbanova böyük maraq var. Tanınmış çalışdırıcı ilə 2 klub yaxından maraqlanır. Bu məlumatı saytımıza açıqlamasında agent Emil Şükürov dedi:

"Qurban Qurbanovun adı 2 klubun "short-list"ində yer alıb. Söhbət "Beşiktaş" və "Spartak"dan gedir. İstanbul təmsilçisi artıq mütəxəssislə təmasa keçib. Moskva klubunun yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir. "Spartak"ın sponsoru Vahid Ələkbərovun Qurban Qurbanovun namizədliyinə isti yanaşdığı bildirilir"

İLKİN SULTANLI

Seçilən
45
5
Mənbələr
Şərh ()
Bağla