AZ

Qurban Qurbanovun adı 2 klubun "short-list"ində

Tarix: 16 Aprel 2024 13:08

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.
Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, "köhlən atlar"ın həm futbolçularına, həm də baş məşqçisi Qurban Qurbanova böyük maraq var. Tanınmış çalışdırıcı ilə 2 klub yaxından maraqlanır. Bu məlumatı saytımıza açıqlamasında agent Emil Şükürov dedi:
"Qurban Qurbanovun adı 2 klubun "short-list"ində yer alıb. Söhbət "Beşiktaş" və "Spartak"dan gedir. İstanbul təmsilçisi artıq mütəxəssislə təmasa keçib. Moskva klubunun yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir. "Spartak"ın sponsoru Vahid Ələkbərovun Qurban Qurbanovun namizədliyinə isti yanaşdığı bildirilir"

Milli.Az

Seçilən
25
5
Mənbələr
Şərh ()
Bağla