AZ

Nazir: Azərbaycan “yaşıl hidrogen” təchizatçısı olmaq imkanlarına malikdir

Azərbaycan əlverişli, təhlükəsiz və "təmiz enerji” sisteminə keçidin mühüm komponenti olan “yaşıl hidrogen”in təchizatçısı olmaq imkanlarına malikdir.

"APA-Economics"in xəbərinə görə, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Əbu-Dabidə Yaşıl Hidrogen Sammitində Azərbaycanın dekarbonizasiya və ixrac məqsədilə Yaşıl Hidrogenin inkişafı ilə bağlı siyasəti, beynəlxalq enerji şirkətlərilə əməkdaşlığı, “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə fəaliyyətindən danışdıq. Azərbaycan əlverişli, təhlükəsiz və "təmiz enerji” sisteminə keçidin mühüm komponenti olan “yaşıl hidrogen”in təchizatçısı olmaq imkanlarına malikdir”, - paylaşımda qeyd olunur.

Nazir:
Seçilən
31
22
Mənbələr
Şərh ()
Bağla