AZ

“İran regionda gərginlik və müharibə istəmir” - BORREL

“İran regionda vəziyyətin gərginləşməsini və ya müharibə istəmir”.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

O qeyd edib ki, hazırda Yaxın Şərqdəki vəziyyət uçurumun astanasındadır: “Biz bütün insanlar üçün dəhşətli nəticələrə səbəb olacaq bir qərarın astanasındayıq. Mən həqiqətən inanıram ki, İran gərginlik istəmir və ya müharibə axtarmır.”

“İsrail hökumətində fikir ayrılıqları var” deyən Borrel ABŞ-ın İsrail üzərində böyük təsirə malik olduğuna və istəsə, ondan istifadə edə biləcəyinə inandığını bildirib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla