AZ

Gəncədə 37 yaşlı kişi itkin düşüb - FOTO

Gəncədə 37 yaşlı kişi itkin düşüb.
 
Bu barədə APA-nın yerli bürosuna onun ailə üzləri məlumat verib.
 
Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər.
 
Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında “Mercedes Vito” markalı mikroavtobusdan düşdüyü, naməlum istiqamətə gedərək itkin düşdüyü bildirilir.
Osman Həsənov ailəlidir, 1 övladı var.
Seçilən
60
11
Mənbələr
Şərh ()
Bağla