AZ

Gəncədə 37 yaşlı kişi itkin düşüb - FOTO

"Hazırda şəxsin yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir"
Gəncədə 37 yaşlı kişi itkin düşüb. AYNA xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna onun ailə üzləri bildiriblər.
Onlar deyiblər ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər.
Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında “Mercedes Vito” markalı mikroavtobusdan düşdüyü, naməlum istiqamətə gedərək itkin düşdüyü bildirilir.
Osman Həsənov ailəlidir, 1 övladı var.
Onun görənlərdən +99470-220-21-20 nömrəsilə əlaqə saxlamaqları xahiş olunur.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, itkin düşmə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub: "Hazırda şəxsin yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir".

Seçilən
70
11
Mənbələr
Şərh ()
Bağla