AZ

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Şəki, 16 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə futzal üzrə “Şəki kuboku – 2024” turnirinin startı verilib. Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 24 komanda 6 qrupda mübarizə aparır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki şəhər gənclər və idman sektorundan məlumat verilib.

Turnirin açılış mərasimində çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, ölkəmizdə idmana olan yüksək dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, ənənəvi olaraq artıq beşinci ildir keçirilən turnirin əsas məqsədi Ulu Öndərin əziz xatirəsini anmaq, onun həyat və fəaliyyətini, misilsiz xidmətlərini təbliğ etmək, eyni zamanda, müəssisə təşkilatlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə və idmanın kütləviliyinə nail olmaqdan ibarətdir.

Rəqs kollektivlərinin və idmançıların nümunəvi çıxışlarından sonra qarşılaşmalara start verilib.

“Şəki kuboku – 2024” futzal turnirinə mayın 10-da yekun vurulacaq.

 

Seçilən
36
17
Mənbələr
Şərh ()
Bağla