AZ

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Badminton üzrə açıq turnir keçirilib

Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Bakı Şəhər Təhsil İdarəsinin və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə Badminton üzrə açıq turnir keçirilib.

“İki sahil” xəbər verir ki, turnirdə Bakı şəhəri üzrə müxtəlif idman məktəblərini təmsil edən 3 yaş qrupundan 100-dən çox idmançı iştirak edib. Turnir olimpiya sistemi üzrə keçirilib, oğlan və qız idmançılar üzrə qaliblər müəyyənləşdirilib.

Yarışın bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və başqaları bildiriblər ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.

Çıxışlardan sonra mükafatlandırma mərasimi olub.

Qaliblərə medallar, diplomlar, hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.

Seçilən
196
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28869
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27287
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
21092
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18211
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14867
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10710
Sabah 20 dərəcə isti olacaq
10340
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9894
May ayında Azərbaycana qar yağdı - VİDEO
9076
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8973
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8626
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7572
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7283
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7219
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6968
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6860
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6689
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6670
Azərbaycan nefti ucuzlaşıb
6346
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6330