AZ

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.

 

Sfera.az xəbər verir ki, tədbirdə bir sıra mədəniyyət ocaqlarının nümayəndələri, kənd sakinləri, ictimaiyyət xadimləri həmçinin jurnalistlər iştirak edib. Qonaqlar arasında Xalq artisti Tünzalə Ağayeva daolub. Pop ulduz sarayın foesində nümayış olunan əl işləri ilə yaxından tanış olub.

 

“Doors open day” layihəsinin əsas məqsədi ictimaiyyəti mədəni tədbirlərə cəlb etmək və Mədəniyyət Sarayı ilə yerli əhali arasında əlaqələri gücləndirməkdir. Həmçinin Mədəniyyət Sarayına davamiyyəti artırmaq, cəmiyyətdə mədəni maarifləndirməni genişləndirmək və yaradıcılığa həvəsi olan gəncləri cəlb etməkdir.

 

Tədbirdə DJ-lərin ifaları, canlı musiqilər, “Rəsm” kursunun tələbələrinin rəsmlərinin sərgisi, “Keramika” dərnəyinin tələbələrinin çinidən hazırlanan əl işlərindən ibarət sərgi, “Biçmə-tikmə” kursunun tələbələrinin əl işləri nümayiş olunub. Bununla yanaşı iki qrupdan ibarət “Şahmat” kursunun tələbələrinin nümunəvi oyunu, “Aşpazlıq” kursunun tələbələrinin əl işləri təqdim olundu. Böyük səhnədə “Lalələr” və “Azad” rəqs ansamblının və "Latın Amerika" rəqs kursunun çıxışları, kiçik zalda isə Mərdəkan Mədəniyyət Sarayında yeni fəaliyyətə başlayan “Kukla teatrı”nın çıxışı göstərilib.

 

Firuzə Əliyeva

 

Seçilən
78
13
Mənbələr
Şərh ()
Bağla