AZ

“Bakı Sığorta”nın yığımları 40%-dən çox azalıb

“Bakı Sığorta” ASC 2024-cü ilin yanvar-fevral aylarında 569 min manat sığorta haqqı toplayıb.

Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Belə ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 463 min manat, yaxud da 44,8% azdır.

Hesabat dövründə şirkət 281 min manat sığorta ödənişi edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 173 min manat, yaxud da 38,1% azdır.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. 

Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).

Nara

Seçilən
36
50
Mənbələr
Şərh ()
Bağla