AZ

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

İrpen

İrpen, 16 aprel, AZƏRTAC

Ukraynanın İrpen şəhərinin mərkəzi küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.

“İrpendə hazırda akademik Zərifə Əliyeva adına küçə var. Biz bu şəhərdə Azərbaycanla bağlı küçə və prospektlərin sayının artırılması istiqamətində işlərimizi davam etdiririk. İrpen şəhərinin prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib. Biz İrpen Şəhər Şurasında bu məsələni mütləq gündəliyə çıxaracağıq. Deputatlar sessiyada müzakirə edəcəklər”, - deyə Oleksandr Markuşin qeyd edib.

Mer vurğulayıb ki, İrpenin küçə və prospektlərinə Azərbaycanla bağlı adların verilməsi məsələsinə baxılması təsadüfi deyil. Çünki Azərbaycan ən ağır günlərdə İrpenə dəstəyini göstərməkdədir.

“Bu gün Azərbaycan dövləti qəhrəman İrpen şəhərinə sözdə yox, əməldə dəstəyini göstərir”, - deyə mer əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

İrpen

Seçilən
26
3
Mənbələr
Şərh ()
Bağla