AZ

İrpen şəhərində prospektlərin birinə “Azərbaycan” adı verilib - FOTO

Ukraynanın İrpen şəhərinin mərkəzi prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.

“İrpendə hazırda akademik Zərifə Əliyeva adına küçə var. Biz bu şəhərdə Azərbaycanla bağlı küçə və prospektlərin sayının artırılması istiqamətində işlərimizi davam etdiririk. İrpen şəhərinin prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib. Biz İrpen Şəhər Şurasında bu məsələni mütləq gündəliyə çıxaracağıq. Deputatlar sessiyada müzakirə edəcəklər”, - deyə Oleksandr Markuşin qeyd edib.

Mer vurğulayıb ki, İrpenin küçə və prospektlərinə Azərbaycanla bağlı adların verilməsi məsələsinə baxılması təsadüfi deyil. Çünki Azərbaycan ən ağır günlərdə İrpenə dəstəyini göstərməkdədir.

“Bu gün Azərbaycan dövləti qəhrəman İrpen şəhərinə sözdə yox, əməldə dəstəyini göstərir”, - deyə mer əlavə edib.


Bizim.Media
 

Seçilən
22
3
Mənbələr
Şərh ()
Bağla