AZ

Arvadı döyməyə dövlətin diqqəti artdı

Məişət zorakılığı haqda qanunvericiliyə dəyişiklik edilib, cəzalar bir az sərtləşdirilib. Çox dərinə gedib rəqəmləri yazmaq, onsuz qarğa dilində olan maddələri burada sadalayıb oxucuları dolaşdırmaq istəmirəm, qısaca onu qeyd edim ki, məişət zorakılığına görə mütləq yazılı xəbərdarlıq edilməlidir. Belə xəbərdarlıq etməyən hakimiyyət nümayəndələri cəzalanacaq və sairə. Özlüyündə yaxşı haldır. Lakin bunun xeyri olacaqmı? Şübhə edirəm. 

İlk növbədə, məişət zorakılığı anlayışı nədir, onu hörmətli oxucular üçün yenidən yazaq: bu zorakılıq ailə, yaxın qohumlar arasında (keçmiş və indiki) olan fiziki, psixoloji zorakılıq və əziyyətləri nəzərdə tutur. Örnək üçün, kimsə arvadını döyür. Ana uşağı çırpır. Arvad ərin başını yeyir. Qayınana gəlinin gününü göy əskiyə bükür və sairə. Maşallah, bizim qədim şərqli, müsəlman mentalitetindən irəli gələn hər cür çeşiddə, növdə zorakılıq üsullarımız vardır. İndi isə qanunla icra hakimiyyətinə məişət zorakılığına daha güclü nəzarət etmək səlahiyyəti verilir. Guya, məsəl üçün, Nəsimi rayon icra hakimi günaşırı Papanin küçəsində arvadını döyən Məmmədağaya baş çəkməli, ona dəyərli məsləhətlərini verməlidir. 

Bəs o icra hakiminin özü zorakılığın banisidirsə, nə etməli? Xalq ona etibar edib dərdini deyəcəkmi? İcra nümayəndəsi belə insanları qəbul edəcəkmi? 

Dəyişikliyə görə mühafizə orderi verilməsinin müddəti də artırılırmış. Qabaq neçə gün olub, indi neçə günə çıxacaq - açığı, heç maraqlı gəlmədi. Nəyə görə? Ona görə ki, xalqın çoxu heç bu order nəmənədir, onu bilmir. Bu istiqamətdə maarifçilik, təbliğat sıfırdır (elə mən özüm yazıya yuxarıdakı başlığı qoymasam, neçə nəfər oxuyardı?) Mühafizə orderi, qısa yazsam, belə bir zaddır: tutalım, ər-arvad boşanıb, lakin ər qəmiş olub yazıq qadından əl çəkmir, onu izləyir, öldürməklə hədələyir və sairə. Bu zaman qadın polisə müraciət edə və mühafizə orderi ala bilər. Həmin order müəyyən müddət ərzində o erkəyin keçmiş arvadına yaxınlaşmasını, izləməsini qadağan edir. Qadağanı pozsa, aprtıq inzibati yox, cinayət məsuliyyəti daşıyır və 3 il, 5 il (misal üçün) həbs edilir. Rəqəmlərə baxaq, o zaman ölkəmizdə bu işə nə dərəcədə “ciddi” yanaşıldığını aydın görərik. 

2020-ci ildə 40, 2021-ci ildə 73, 2023-cü ildə isə cəmi 83 nəfərə mühafizə orderi verilib. İndi medalın, daha dəqiqi, zopanın o biri üzünə-ucuna baxaq. 2023-cü ilin rəsmi statistikasına görə məişət zorakılığı qurbanı olan və öldürülən qadınların sayı əvvəlki illərə nisbətən 25 faiz artıb, 51 nəfər olub. 2022-ci ildə bütün cinayətlər nəticəsində zərərçəkən 25449 nəfərin 1475-i və ya 5,8 faizi məişət zorakılığı ilə bağlı cinayətlərdən zərərçəkənlər olub. 

Kəsə yazsaq, 1475 zərərçəkən var və mühafizə orderi alanlar cəmi 83 nəfərdir. Deməli, ya camaat hökumətə etibar edib mühafizə üçün müraciət eləmir, iş ölüb-öldürməyə qədər gedib çıxır, ya da müraciətlər var, lakin qeydə alan yoxdur. 

Maraqlıdır,  son aprel dəyişikliyində dövlət baba bu işə də guya diqqət ayırıb. Məsələn, məişət zorakılığını törətmiş şəxsə bu əməli təkrarlamaması üçün yazılı xəbərdarlığın edilməməsi və ya zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə vəzifəli şəxslər cərimə ediləcək. Əla, fısqırıq, möhtəşəm, alqışlar, hamı ayağa qalxır! Ancaq o cərimə, sizcə, nə qədər olacaq? Buyurun: üç yüz manatdan beş yüz manatadək. İcra hakimləri və polis rəisləri üçün bir cupbulu səhər yeməyi hesabı. 

Məişət zorakılığı ilə üzləşən qadınlar çox vaxt əlacsız qalıb barışıq ərizəsi yazırlar. Məişət zorakılığının artmasında süni mental dəyərlərin, əbləh sosial-psixoloji basqıların, xurafat və dinin, iqtisadi problemlərin rolu böyükdür. Lakin bunlar yeni dəyişikliklərdə görünmür.  



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16611
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11695
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5323
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5237
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3681
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3227
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3198
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2993
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2727
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2512
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2463
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2369
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2255
Hidayət Heydərov dünya çempionu oldu
2021
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1879