AZ

"Barselona" PSJ-yə, "Borussiya" "Atletiko"ya qarşı - YENİLƏNİR

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk gündə 2 cavab görüşü keçiriləcək.

“Barselona” ilk oyunda qalib gəldiyi PSJ ilə bu dəfə evdə qarşılaşacaq. Digər matçda Dortmund “Borussiya”sı “Atletiko” ilə üz-üzə gələcək. İlk görüşdə Madrid təmsilçisi qələbə qazanıb.

Çempionlar Liqası, 1/4 final (cavab oyunları)

23:00. "Barselona" (İspaniya) – PSJ (Fransa)

Hakimlər: İstvan Kovaç, Vasile Florin Marinesku,  Mihai Ovidiu Artene, Horațiu Mirsea Feșniç (hamısı Rumıniya).

İlk oyun – 3:2.

23:00. "Borussiya" (Dortmund, Almaniya) – "Atletiko" (İspaniya)

Hakimlər: Slavko Vinçiç, Tomaz Klançnik, Andraz Kovaçiç, Matey Yug (hamısı Sloveniya).

İlk oyun – 1:2.

Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu sabah keçiriləcək.

Seçilən
36
50
Mənbələr
Şərh ()
Bağla