AZ

"Barselona" UEFA Çempionlar Liqasını tərk etdi - Böyük hesablı məğlubiyyət

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.Missiya.Az xəbər verir ki, "Barselona" ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi PSJ ilə bu dəfə evdə qarşılaşıb. Paris təmsilçisi 4:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, Barcelona 2019-cu ildən bəri UEFA  ÇL-in yarımfinal mərhələsinə yüksələ bilmir. Beləliklə ÇL-də İspaniyanın yalnız bir təmsilçisi qaldı - kral klubu "Real". Madridlilər yarımfinal uğrunda mübarizəni aprelin 17-də davam etdirəcək. "Mançester Siti" ilə ilk oyun 3:3 hesabı ilə başa çatıb. Elcan Missiya.Az

Seçilən
174
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq