AZ

O, gəlin gedəndə fikirdən sarılıq olmuşdum - Mətanət Əsədova

Mətanət Əsədova verilişlərin birinə qonaq olub.

Day.Az axşam.az-a istinadla xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib.

Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:

"Ən böyük bacım Səfayə xanım beş yaşım olanda ailə qurub. O, gəlin gedəndə fikirdən sarılıq olmuşdum. Elə bilmişəm ki, anam odur. Bizim çox qayğımıza qalıb. Rayonda yaşayırdıq, şəhərdən də həkimlər gəldi, amma məni sağalda bilmədilər. Toydan üç gün sonra bacımın yanına getmişəm, onu qucaqlayıb, qoxulamışam və sağalmışam. Uşaq vaxtımdan mən belə həssasam, fikir edirəm".

Seçilən
47
12
Mənbələr
Şərh ()
Bağla