AZ

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:

"Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılıq olmuşdum. Elə bilmişəm ki, anam odur. Bizim çox qayğımıza qalıb. Rayonda yaşayırdıq, şəhərdən də həkimlər gəldi, amma məni sağalda bilmədilər. Toydan 3 gün sonra bacımın yanına getmişəm, onu qucaqlayıb, qoxulamışam və sağalmışam. Uşaq vaxtımdan mən belə həssasam, fikir edirəm".

Seçilən
42
12
Mənbələr
Şərh ()
Bağla