AZ

Ələt-Astara magistralında təhlükəli vəziyyət - FOTO

“Yüksək sürət həddinə görə Ələt-Astara magistral yolunun kənarları çəpərlənir. Bunun səbəbi isə heyvanların yol kənarlarına çıxmasının qarşısını almaqdır. Amma bəzi yerlərdə həmin çəpərlər sökülür, heyvanlar yola buraxılır”.

Bu şikayətlə “Qafqazinfo”ya adıçəkilən yoldan istifadə edən vətəndaşlar üz tutublar.

Sürücülər bu problemlə, əsasən, Masallı, Lənkəran, Astara ərazisində rastlaşdıqlarını qeyd edirlər:

“Bu problemlə tez-tez üzləşirik. Çəpərlər sökülərək heyvanların yola çıxmasına şərait yaradılır. Bu cür hallar həm də ağır qəzaların, təhlükənin yaranmasına səbəb ola bilər. Buna görə dəfələrlə aidiyyəti üzrə müraciət etmişik. Ancaq heç bir dəyişiklik yoxdur”.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, sözügedən ərazidə çəpərlər yol istismara verilən zaman quraşdırılıb:

“Həmin yol inşa edilən, istismara verilən zaman yol kənarına çəpərlər quraşdırılıb. Çünki həmin yol sürətli, magistral yoldur. Yəni oraya canlının çıxması olduqca təhlükəlidir. Əfsuslar olsun ki, oradakı vətəndaşlar çəpərləri kəsib, heyvanları, mal-qaranı yol kənarına buraxırlar. Bu da nəticədə bədbəxt hadisə ilə sonlanır”.

Həmçinin, qurumdan bildirilib ki, əraziyə mütəmadi baxış keçirilir:

“Əməkdaşlarımız mütəmadi olaraq əraziyə baxış keçirsələr də, bu kimi hallar təkrarlanır. Yol inşa olunanda xüsusi keçidlər qoyulur. Bu da yolun bir tərəfindən digər tərəfinə həm insanların, həm də heyvanların təhlükəsiz şəkildə keçməsini təmin edir. Burada problem insanların çəpərləri sökməsidir”.

Lənkəran Şəhər İcra Hakimiyyəti isə məsələyə belə münasibət bildirib:

“Lənkəran Şəhər İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən yol ətrafındakı mühafizə çəpərlərinin sökülməsinin, habelə mal-qaranın nəzarətsiz yollara buraxılmasının törədə biləcəyi təhlükə və fəsadlar barədə yerlərdə sakinlərlə müntəzəm maarifləndirmə işləri aparılır və sözügedən məsələ daim nəzarətdə saxlanılır”.

Seçilən
59
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26549
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26237
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18126
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16733
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14382
Sabah 20 dərəcə isti olacaq
9638
May ayında Azərbaycana qar yağdı - VİDEO
8817
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8572
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8481
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8118
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7219
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6862
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6523
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6464
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6438
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6024
Azərbaycan nefti ucuzlaşıb
5977
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5840