AZ

Qala stansiyasında avtomobilin qatarla toqquşması ilə bağlı araşdırma aparılır

Aprelin 16-da saat 00:28 radələrində yük qatarı Qala stansiyasında hərəkətdə olarkən “Vaz” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttinin keçməsi qəzaya səbəb olub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.

Həmin gün saat 04:50 radələrində Əmircan stansiyasında "Toyota Prius" markalı avtomobilin sürücüsü idarəetməni itirərək stansiyada yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

Qəzalarla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Seçilən
30
8
Mənbələr
Şərh ()
Bağla