AZ

Qala stansiyasında avtomobil qatarla toqquşub

Qala

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da saat 00:28 radələrində yük qatarı Qala stansiyasında hərəkətdə olarkən “Vaz” markalı avtomobilin xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttinin keçməsi qəzaya səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toqquşma nəticəsində avtomobilin sürücüsü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Həmin gün saat 04:50 radələrində Əmircan stansiyasında "Toyota Prius" markalı avtomobilin sürücüsü idarəetməni itirərək stansiyada yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

Qəzalarla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Seçilən
31
8
Mənbələr
Şərh ()
Bağla