İdman
Çempionlar Liqası: "Barselona" PSJ-ni qəbul edir (YENİLƏNİR)
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Futbolpress.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutacaq.
"Barselona" azarkeşləri önündə PSJ-ni qəbul edəcək. Komandalar arasındakı ilk matçda ispanlar qələbə qazanıb.
Günün digər matçında Dortmund "Borussiya"sı "Atletiko"nun müqavimətini qırmağa çalışacaq. İlk görüşdə Madrid təmsilçisi qalib gəlib.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
16 aprel
23:00 Barselona - PSJ
İlk oyun - 3:2
23:00 Borussiya Dortmund - Atletiko
İlk oyun 1:2