AZ

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

“Qəbələ”nin qapıçısı Kristof Atanqananın futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 30-cu turunda öz meydanınızda “Turan Tovuz”a uduzdunuz. Halbuki matçda (1:2) hesabı açan tərəf siz olmuşdunuz. Niyə üstünlüyünüzü sonadək qoruya bilmədiniz?

– Düzdür, hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşmışıq. Amma inanın ki, biz hər oyuna qalib gəlmək üçün çıxırıq. “Turan Tovuz”la matçda 3 xal qazanmağı hədəfləmişdik. Buna çox yaxın idik, ancaq son dəqiqələrdə buraxdığımız 2 qola görə yekunda meydanı xalsız tərk etdik. Hər matç bizim üçün finala bərabərdir.

– Oyundan sonra paltardəyişmə otağında baş məşqçi Kaxaber Sxadadze və komanda yoldaşlarınızla aranızda hər hansı bir konflikt yaşanıb?

– Bu sualı nəyə görə verdiyinizi anladım. Mətbuatda haqqımda yazılanlardan xəbərdaram. O xəbəri oxuyanda çox təəccübləndim. Öz-özümə dedim ki, bu nədir?

– Demək istəyirsiniz ki, matçdan sonra “Qəbələ”nin məşqçi və futbolçu heyəti arasında sizi döymək istəyən, təzyiq göstərən olmayıb?

– Belə şey olmayıb. İstəyirəm, hamı bilsin ki, mənimlə bağlı hər şey qaydasındadır. “Qəbələ”nin formasını geyindiyim üçün şadam. Haqqımda yayılan informasiya doğru deyil. Məşqçilər heyəti və komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb.

– İlk hissədə penaltiyə səbəb olsanız da, sonra onu dəf etməyi bacardınız. Bir neçə epizodda “Qəbələ”ni qoldan xilas etdiyiniz halda, buraxılan son qolda sizin də səhviniz var. Öz çıxışınızı necə qiymətləndirirsiniz?

– Mən bütün oyunlarda var gücümlə iştirak edirəm. Əvvəlki matçlarda olduğu kimi, “Turan Tovuz”la görüşdə də komandama kömək etmək üçün əlimdən gələni əsirgəməmişəm.

– Növbəti turda “Qarabağ”ın qonağı olacaqsınız. Liderlə görüşdə nəyə ümid edirsiniz?

– Artıq “Turan Tovuz”la oyunu unudub, bütün fikrimi bu matça yönəltmişəm. Komandama, məşqçilərimizə güvənirəm. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticəyə imza ataq. Düzdür, “Qarabağ” artıq çempionluğu təmin edib, gücü hər kəsə bəllidir. Amma bu, futboldur, hər şey ola bilər. Bizə düşən missiya sonadək mübarizə aparmaqdır.

– Mövsümün sonuna 6 tur qalıb və autsayder “Qəbələ” ondan 1 pillə öndə olan “Kəpəz”dən artıq 15 xal geridədir. Bu qədər xal fərqini aradan qaldırmaq və Premyer Liqada qalmaq mümkündür?

– Bir onu deyə bilərəm ki, “Qəbələ” daha yaxşı yerlərdə olmağa layiqdir. Premyer Liqada qalmaq istəyirik. Bunun üçün nə mümkündürsə, edəcəyik.

FƏRİD

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27341
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26624
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18376
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18154
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14566
Sabah 20 dərəcə isti olacaq
9854
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9164
May ayında Azərbaycana qar yağdı - VİDEO
8923
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8699
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8526
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7340
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7180
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7025
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6666
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6557
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
6538
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6513
Azərbaycan nefti ucuzlaşıb
6138
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6107