Birləşmiş Ştatlar hesab edir ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi bildirib.
"İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq", - deyə o əlavə edib.
O, qeyd edib ki, İranın sabah, bazar günü səhər tezdən İsrailə hücum edəcəyi ehtimalı yüksəkdir.