AZ

"Lufthansa" aviaşirkəti Tehrana uçuşları dayandırdı

Almaniyanın "Lufthansa" aviaşirkəti İranın paytaxtı Tehran şəhərinə və əks istiqamətdə uçuşları dayandırıb.

Day.Az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uçuşlar təhlükəsizlik səbəbindən aprelin 11-dək təxirə salınıb, aprelin 11-də isə vəziyyət təkrar qiymətləndiriləcək.

Aviaşirkətin nümayəndəsi Yaxın Şərqdəki vəziyyəti mütəmadi izlədiklərini və rəsmi qurumlarla təmas saxladıqlarını əlavə edib.

Seçilən
223
3
day.az

3Mənbələr