Mbappe "Real"la müqavilə imzalayıb
PSJ-nin hücumçusu Kilian Mbappe yeni mövsümdə "Real"da çıxış edəcək.
Futbolpress.az xəbər verir ki, fransalı forvard fevralın ilk həftəsində madridlilərlə 5 illik müqavilə imzalayıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
"Real"ın iyunun əvvəlində transferi rəsmən açıqlayacağı gözlənilir.
Mbappe bu mövsüm 39 oyunda 39 qol vurub, 8 məhsuldar ötürmə edib.