AZ

İranda terror qruplaşması iki polis məntəqəsinə hücum edib

İranda

Bakı, 4 aprel, AZƏRTAC

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə əyalətin qubernator müavini Əlirza Mərhəməti məlumat verib.

Hücum edənlərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olduğu bildirilir.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Seçilən
638
14
Mənbələr
Şərh ()
Bağla