AZ

TƏCİLİ! İrana hücum oldu: Xeyli sayda ölən var

İranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 23-ə yüksəlib.

 

Bu barədə Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti bildirib.

 

Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb.

 

Bildirilib ki, hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.

 

İRNA-nın məlumatına görə, İnqilab keşikçiləri Qvardiyasının (Sepah) döyüşçüləri ilə qruplaşma üzvləri arasında 10 saatadək atışma olub.

 

 

 

Ölənlər arasında Çabahar polis idarə rəisinin müavini də var.

 

Silahlı qruplaşma isə Sepahın 200-ə yaxın hərbçisini öldürdüklərinə dair məlumat yayıblar./oxu24

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
331
48
infoaz.ws

10Mənbələr