AZ

Sabiq konqresmen vəfat etdi

Tarix: 31 Mart 2024 14:10

ABŞ Konqresi Nümayəndələr Palatasının Massaçusetsdən ştatından üzvü (demokrat) Uilyam Delahant 82 yaşında vəfat edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ştatın WCVB TV telekanalı məlumat yayıb.
Keçmiş qanunvericinin vəfatı ilə əlaqədar Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim başsağlığı verib.
"ABŞ-nin Nümayəndələr Palatasının keçmiş üzvü Uilyam Delahantın ailəsinə dərin hüznlə başsağlığı verirəm. Bill böyük dövlət xadimi və çox əziz dost idi, onun müdrikliyi və gözəl şəxsiyyətindən ötrü darıxacağıq. Qəbri nurla dolsun", - diplomat sosial şəbəkədə qeyd edib.



Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
16
sonxeber.net

10Mənbələr