AZ

Dünyanın ən yaşlı kişisi vəfat etdi

Dünyanın ən yaşlı insanı olan venesuelalı Xuan Visente Peres Mora 114 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib.

Maduro “X” sosial şəbəkəsində “Ginnesin Rekordlar Kitabına dünyanın ən yaşlı adamı kimi daxil edilmiş Xuan Visente Peres Mora 114 yaşında vəfat etdi”, - deyə qeyd edib. O, Perez Moranın doğulduğu El Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verib.

“El Nacional” qəzetinin məlumatına görə, Perez Mora 115 illik yubileyinə bir neçə gün qalmış tənəffüs problemi səbəbindən dünyasını dəyişib. Onun adı 2022-ci il fevralın 4-də 112 yaş 253 günlük yaşında, əvvəlki rekordçu ispan Saturnino de la Fuente Qarsiyanı geridə qoyaraq Ginnesin Rekordlar Kitabına düşüb. Perez Mora uzun ömür sürməsini aktiv iş, adekvat istirahət, erkən yatmaq və orta dərəcədə spirtli içki qəbulu ilə əlaqələndirib. O, pəhrizinə diqqət edir, mütəmadi olaraq namaz qılır və bol su içirdi.

Seçilən
103
16
Mənbələr
Şərh ()
Bağla