AZ

Terror aktından sonra miqrantlar Rusiyadan kütləvi şəkildə QAÇIR

 

Tacikistanın Əmək Nazirliyi Moskva vilayətində törədilən terror aktından sonra Rusiya Federasiyasından miqrant axınını qeydə alıb.

Yenicag.az xəbər verir ki, bu barədə TASS-a respublikanın əmək nazirinin müavini Şahnoza Nodiri məlumat verib.

Nodiri qeyd edib ki, Moskvada “Krokus Siti Holl”da törədilən terror aktından sonra departamentin Rusiyadakı nümayəndəliyinə çoxlu zənglər və hədə mesajları daxil olub.

Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi terrordan sonra Rusiyadan əmək miqrantlarının axını qeydə alıb.

“Çoxlu zənglər var. Vətəndaşlarımız qorxur, çaxnaşma var, çoxları getmək istəyir. Biz indi vəziyyəti izləyirik, getdikcə daha çox insan Tacikistana qayıdır.

Tacikistan vətəndaşlarına qarşı təzyiqlər qeydə alınır, terror aktından sonra Əmək Nazirliyinin Rusiyadakı nümayəndəliyinə hədə mesajları daxil olub”, – deyə Nodiri bildirib.

Qeyd edək ki, Tacikistandan başqa ölkələrə işləməyə gedən miqrantların əksəriyyəti Rusiyanı seçir.

Respublika Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə 652 min əmək miqrantından 627 mindən çoxu Rusiya Federasiyasına gedib.

Xuraman Etibarlı

Seçilən
136
5
Mənbələr
Şərh ()
Bağla