AZ

Rusiyadan taciklərin kütləvi axını başladı

Rusiyadan “Krokus Siti Holl”da baş vermiş terror aktından sonra taciklərin kütləvi axını qeydə alınır.

Axar.az xəbər verir ki, bu barədə TASS-a Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin müavini Şahnoza Nodiri məlumat verib.

"Çoxlu zənglər var. Bunlar çox güman ki, təqiblərlə bağlı şikayətlər deyil, vətəndaşlarımızda qorxu, panika var, çoxları Rusiyanı tərk etmək istəyir. İndi vəziyyəti izləyirik", - nazir müavini deyib.

Nazirlik xaricə axının müvəqqəti olduğunu, insanları internetdə etnik ədavət salmaq məqsədi daşıyan təxribat xarakterli mesajlara uymamağa çağırır.

Nazir müavini əlavə edib ki, gün ərzində Tacikistan vətəndaşlarına qarşı təzyiqlər də qeydə alınır, terror aktından sonra Əmək Nazirliyinin Rusiyadakı nümayəndəliyinə hədə-qorxu mesajları da daxil olub.

Qeyd edək ki Tacikistandan başqa ölkələrə işləməyə gedən miqrantların əksəriyyəti Rusiyanı seçir. Ölkənin Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə 652 min əmək miqrantından 627 mindən çoxu Rusiyaya gedib.

Seçilən
156
2
Mənbələr
Şərh ()
Bağla