AZ

“Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı keçirilib - YENİLƏNİB - FOTOLAR

2024-cü il mart ayının 30-da Qərbi Azərbaycan İcmasında icmanın Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Urudun “Qərbi Azərbaycan İcmasının kitabxanası” silsiləsindən “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə doktoru Musa Urud, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun baş direktoru, texnika elmləri doktoru, akademik Arif Həşimov, Milli Məclisin Elm və Təhsil Komitəsini sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev, Milli Məclisin Ailə Qadın və Uşaq məsələləri Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru, professor Hicran Hüseynova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Flora Xəlilova çıxış ediblər.

Kitab müəllifin Zəngəzurun tarixinin öyrənilməsinə həsr olunmuş tədqiqatları əsasında qədim və orta əsr mənbələri, eləcə də arxiv materialları əsasında yazılıb. Monoqrafiyada Zəngəzurun qədim və zəngin tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı ətraflı təhlil olunur.

Kitabın məqsədi XIX əsrin əvvəllərindən başlayaraq Zəngəzurda Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiya, soyqırım və etnik təmizləmə siyasətini öyrənmək və qiymətləndirməkdir.

Müəllifin Zəngəzur bölgəsi haqqında sayca beşinci tədqiqat əsəri olan bu kitab dərin elmi axtarışların, tədqiqatların bəhrəsidir. Kitab Zəngəzurun tarixi, coğrafiyası, iqtisadi həyatı, tarixi-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın layihə və ideya rəhbəri, sənətşünaslıq elmlər doktoru, professor Ədalət Vəliyev, Elmi redaktoru tarix elmləri doktoru, professor Fəzail Ağamalıdır.

Musa Urud (25.11.1961) Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində anadan olub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirib. Musa Urud 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. Gəncə şəhəri 40 saylı seçki dairəsi üzrə 2005-ci il III çağırış, 2010-cu il IV dördüncü çağırış, 2015-ci il V çağırış, 2020-ci il VI çağırış Milli Məclisin deputatı seçilib. İndiyədək müəllifin 22 kitabı və 170 məqaləsi işıq üzü görüb.

Ləman Sərraf

Seçilən
122
25
Mənbələr
Şərh ()
Bağla