AZ

“Həyət evlərinin qiyməti 20 faiz bahalaşacaq” — PROQNOZ

Fevral ayında fərdi həyət evlərinə tələb artıb. İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə fərdi evlərin və torpaq sahələrinin qiymətində əvvəlki aya nisbətən 1,8 faiz artım qeydə alınıb. Yaşayış binalarına və qeyri-yaşayış sahələrinə tələb isə stabildir. Kirayə bazarında da qiymətlər dəyişməyib.

Əmlak məsələləri eksperti Elnur Fərzəliyevin sözlərinə görə, həyət evlərinə və torpaq sahələrinə tələbat, əsasən, aprel ayından başlayır və avqustun sonuna qədər davam edir.

O, Demokrat.az-a açıqlamasında deyib ki, əvvəlki illərdə bütün torpaq sahələrinə tələbat var idi, amma hazırda vəziyyət fərqlidir:



“Ötən il verilən qərara əsasən çıxarışı olmayan torpaqlara kommunikasiya xətləri çəkilməyəcək. Ona görə də hazırda tələbat daha çox çıxarışı olan torpaqlaradır. Bunların da sayı az, qiyməti isə çox bahadır. Keçən ildən qiymət artımı müşahidə edilməkdədir. Avqust ayının sonuna qədər təxminən 20 faizə qədər qiymət artımı olacaq. Sentyabrdan növbəti ilin martına qədər təxminən 5-10 faiz ucuzlaşma olacaq. Çünki soyuq aylarda həyət evi, torpaq sahəsi almırlar. Tikinti işləri də daha çox yayda aparılır, ona görə isti aylarda tələbat daha çox olur. Ümumiləşdirsək, deyə bilərik ki, həyət evlərinin və torpaq sahələrinin  qiymətində illik artım təxminən 10 faiz olur. Bu təkcə Bakı üçün keçərli deyil. Həyət evi alanlar ya bağ evi məqsədilə alır, ya da daimi yaşamaq üçün. Bağ evi üçün Bakıda demək olar ki, artıq torpaq qalmayıb. Ona görə də ölkənin turistik zonalarında bağ evi məqsədilə torpaq sahəsi, həyət evi alırlar. Quba, Xaçmaz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı kimi paytaxtdan çox da uzaqda yerləşməyən rayonlarda fərdi evlər alırlar. Yayda istirahət edir, ilin digər vaxtlarında isə günlük kirayəyə verirlər”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
94
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

"Zaur, yenə çaşdın..." - VİDEO
221
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
107
Xocalı Rayon Məhkəməsinə sədr təyin olundu
87
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
63
Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib - FOTO
62
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
52
Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var
44
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
34
Şuşa şəhərinə növbəti köç yola salınır
34
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
32
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 3 %-ə yaxın artıb
31
ИИ поможет расшифровать письменность древней цивилизации
31
Mahirlə Musa üçün çətin seçim: Avropada qalsınlar, yoxsa vətənə dönsünlər?
28
ABŞ-li bloqer 26 “Tesla” elektromobilini pulsuz paylayacaq - FOTO
28
Tələbə qız yataqxanada faciəvi şəkildə öldü - FOTO
26
Aparıcı Namidə İsayevaya vəzifə verildi
25
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
24
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
23
Anasının cəzalandırdığı 5 yaşlı uşağın meyiti tapıldı - FOTO
23