AZ

“Crocus” hadisəsinə görə daha bir nəfər HƏBS EDİLDİ

Moskva məhkəməsi “Crocus city hall”dakı terror aktı ilə bağlı 9-cu şəxsi həbs edib.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən Tacikistan vətəndaşı Lütfüllo Nəzrimad barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına daxil olaraq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb. 
Terror aktı zamanı 143 nəfər həlak olub, 382 insan yaralanıb.

Hadisəni İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Bizim.Media
 

Seçilən
36
18
Mənbələr
Şərh ()
Bağla