AZ

“Crocus” işinə görə daha bir Tacikistan vətəndaşı HƏBS EDİLDİ

“Crocus City Hall”da baş verən terror aktında təqsirləndirilən on birinci şəxs həbs edilib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu gün Moskvanın Basman məhkəməsi Tacikistan vətəndaşı Məhəmməd Şaripzodanı həbs edib.

Məlumata görə, məhkəmə onun barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına daxil olaraq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb. 
Terror aktı zamanı 144 nəfər həlak olub, 551 insan yaralanıb.

Hadisəni İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Bizim.Media
 

Seçilən
166
18
Mənbələr
Şərh ()
Bağla