AZ

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb.

Viymsi qəsəbəsini təmsil edən komanda yarışı üçüncü yerdə başa vurub.

“Qarabağ” bürünc mükafat uğrunda görüşdə “Tartu Ravens”i 3:0 hesabı ilə məğlub edib. Komandanın qollarına Yuri Dmitrienko və Vitali Kateryunin (2) imza atıblar.

Qeyd edək ki, “Qarabağ”ın sahibi azərbaycanlı iş adamı Emin Munşiyevdir.

Seçilən
156
4
Mənbələr
Şərh ()
Bağla