AZ

“Qarabağ” Estoniyada bürünc medal qazanıb

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb. Viymsi qəsəbəsini təmsil edən komanda yarışı 3-cü yerdə başa vurub.

“Qarabağ” bürünc mükafat uğrunda oyunda “Tartu Ravens”i 3:0 hesabı ilə məğlub edib. Qollara Yuri Dmitriyenko və Vitali Kateryunin (2) imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın sahibi iş adamı Emin Munşiyevdi.

Seçilən
166
4
Mənbələr
Şərh ()
Bağla