AZ

BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə BDU Elmi Şurasının bugünkü iclasında qərar qəbul edilib.
 
İclasda bildirilib ki, 1919-ci sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində xalqımızın maariflənməsində, milli düşüncənin inkişafında, yüksəkixtisaslı kadrların yetişməsində mühüm rol oynayıb.
 
BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider  Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlayıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib.
 
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoyub. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. BDU möhtərəm Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli qayğısı ilə tərəqqi və inkişaf yolunda inamla addımlayır.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə Universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır. 
 
105 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22982
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14431
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14064
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11359
Helikopterin qalıqları tapılıb
8962
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7992
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6987
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4791
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4168
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3836
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3549
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2078
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1618
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1579
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355