AZ

Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Üstəlik, bundan sonra taksilər ağ və yaxud qırmızı rəngdə olmalıdır.

Bu isə avtomobil bazarı üçün ciddi siqnaldır.

Çünki, hazırda ölkədə taksi xidməti göstərmək üçün istifadə olunan minik avtomobillərinin, xüsusilə geniş yayılmış “Toyota Prius”ların əksəriyyətinin istehsal ili 2009-cu ilə qədərdir, yəni yaşları 15 ildən çoxdur. Artıq həmin nəqliyyat vasitələrinin kütləvi şəkildə satışa çıxarılması müşahidə edilir. Bu tendensiya yəgin ki, taksidə istifadə olunan digər markalı maşınları da əhatə edəcək. "Report" yeni tələbin avtomobil bazarına təsiri ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev deyir ki, məlum qərar artıq taksi üçün işə yaramayan köhnə minik avtomobillərini kəskin ucuzlaşdıracaq: "Məsələn, “Toyota Prius”ların qiyməti 40-50 % aşağı düşə bilər. Tədricən isə onlar da daxil olmaqla köhnə maşınların dövriyyədən çıxdığını, yeni maşınlara, xüsusilə yerli istehsal nəqliyyat vasitələrinə tələbatın artdığını görəcəyik. Bu da ekoloji təmizlik baxımından yaxşıdır, çünki yaşı çox olan avtomobillər ekologiyaya çox böyük ziyan vurur".

Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə hesab edir ki, yeni tələb ölkədə minik avtomobillərinin sayını artıracaq: “Azərbaycanda nəinki ili köhnə olan, hətta təzə olan, amma rəngi ağ və yaxud qırmızı olmayan avtomobillər də münasib qiymətə satışa çıxarılacaq və kimlərəsə (indiyə qədər maşını olmayan şəxslərə) satılacaq. Yəni, köhnə maşınlar istənilən halda ölkədə daxilində qalacaq, maşınını satmış şəxslər isə gedib yeni, rəngi uyğun olan nəqliyyat vasitələri alacaqlar və beləliklə minik avtomobillərinin sayı artacaq".

Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərli isə hesab edir ki, hökumətin qərarı avtomobillərin qiymətlərinə ciddi təsir etməyəcək: "Məncə, avtomobil bazarında ucuzlaşmadan danışmaq hələ tezdir. Bu qərarın bazara aidiyyəti yoxdur və qiymətlərə təsiri olmayacaq".

Seçilən
88
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25440
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16593
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13821
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
13819
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11275
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10345
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10259
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9919
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9188
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7038
Səidə Sultan klipi üçün lüt soyundu
6843
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6108
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
5996
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5868
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5465
Talıb Tale evlənir
5095
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4454
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4211
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4081