AZ

Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard ABŞ dolları olub

2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar (BXİ) 6,7 milyard ABŞ dolları olub.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.

"Azərbaycan iqtisadiyyatına ən çox BXİ yatıran 5 ölkə siyahısına Böyük Britaniya (1,857 milyard dollar), Türkiyə (1,302 milyard dollar), Kipr (791,594 milyon dollar), Rusiya (617,339 milyon dollar) və İran (395,983 milyon dollar) daxildir. 1-ci rübdə Azərbaycan iqtisadiyyatına BXİ-lərin həcmi 1,501 milyard dollar, 2-ci rübdə 1,478 milyard dollar, 3-cü rübdə 1,392 milyard dollar, 4-cü rübdə isə 2,285 milyard dollar olub.

Qeyri-neft-qaz sektorunda BXİ-lərin həcmi 2 milyard dollar (11,1 faiz artım), xüsusi çəkisi isə 30,1 faiz olub", - S.Nəsirov bildirib.

O, qeyd edib ki, Azərbaycana ən çox BXİ yatıran 10 ölkə siyahısını BƏƏ (318,967 milyon dollar), Yaponiya (277,273 milyon dollar), Macarıstan (197,452 milyon dollar), Niderland (188,178 milyon dollar) və ABŞ (171,908 milyon dollar) tamamlayır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatına BXİ 2021-ci illə müqayisədə 30,9 faiz artaraq 6,27 milyard dollara çatıb.

Fuad Mədətov
Fins.az

Seçilən
140
16
Mənbələr
Şərh ()
Bağla