AZ

ABŞ-da istehlak kreditləri gözləniləndən daha az artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehlak kreditləri fevral ayında gözləniləndən daha az artıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) fevral ayı üzrə istehlak kreditləri məlumatlarını açıqlayıb.
Məlumatlara görə, ölkədə istehlak kreditləri fevral ayında əvvəlki aya görə 14,1 milyard dollar artaraq təxminən 5 trilyon 51 milyard dollara çatıb. Yanvarda istehlak kreditləri 17,7 milyard dollar artmışdı.
“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların orta hesablamasına görə, artım 15 milyard dollar olmalı idi.
Bu dövrdə kredit kartı və oxşar köçürülə bilən kreditlər aylıq 11,3 milyard dollar, ev, avtomobil və tələbə kreditləri kimi köçürülə bilməyən kreditlər isə 2,9 milyard dollar artım göstərib. Ən sərfəli kredit üçün müraciət et



Fevral ayında istehlak kreditləri illik isə 3,4 faiz artıb. Köçürülən kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz, köçürməyən kreditlər isə 0,9 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Seçilən
197
16
Mənbələr
Şərh ()
Bağla