AZ

Hansı sağlamlığa daha xeyirlidir:Düyü, yoxsa bulğur? Yaşıl zeytun, yoxsa qara zeytun?

Sağlam qidalanma ilə bağlı mühüm məlumatlar verən Prof. Dr. Osman Müftüoğlu bu dəfə düyü, bulğur və zeytun haqqında danışıb. Bəs hansının istehlakı sağlamlığa daha faydalıdır? Düyü yoxsa bulğur? Yaşıl zeytun və qara zeytun arasında hansı fərqlər var? Mütəxəssiz açıqlayıb.

“İki sahil” “CNN-Türk”ə istinadla xəbər verir ki, Prof. Dr. Osman Müftüoğlu bildirib ki, sağlam olmaq istəyirsinizsə bulğurdan istifadəni artılmalısınız: “Bulğur dünya mətbəxinin ən dəyərli məhsulu olmaq yolunda sürətlə irəliləyir və illərdir məşhur "Mayo Clinic qidalanma siyahısı"nın "ən dəyərli 10 qida" arasında yerini itirmir. Məsləhətim budur ki, qida rasionunuzda daha çox kəpəkli və iri  dənəli bulğura üstünlük verəsiniz.

Bulğur lif, vitamin və minerallarla zəngindir. Sizi tox tutmaq və insulini artırmaq ehtimalı düyüdən daha azdır. Düyüyə gəldikdə isə, qidalanma praktikası baxımından bir boşqab düyü ilə bir boşqab dənəvər şəkər yemək arasında  ciddi fərq yoxdur. Yenə də plov yeməyi sevirsinizsə o  zaman uzun (basmati) və təbii (cilalanmamış) düyü məsləhət görürəm”.

Yaşıl və qara zeytun arasındakı ən böyük fərq...

Prof. Dr. Osman Müftüoğlu zeytunun faydalarından da danışıb. Mütəxəssiz bildirib ki, bir çox ölkələrin qidalanma mədəniyyətində  qara zeytuna daha çox üstünlük verilir. Qara zeytun səhər yeməyi və qəlyanaltılarda həmişə prioritetdir. Qara zeytunda yağ miqdarı yaşıl zeytundan iki dəfə daha çoxdur. Buna görə daha çox kaloriyə malikdir. Dietoloqların "bir porsiya" olaraq təyin etdiyi "5-6 ədəd" (təxminən 15 qram) zeytunun tərkibində yaşıl zeytun üçün təxminən 20, qara zeytun üçün isə 50 kalori miqdarındadır. Bundan əlavə, qara zeytunda daha çox pulpa, natrium və fosfor var. Yaşıl zeytun isə qara zeytunla müqayisədə daha çox su, polifenol və A vitamini ilə zəngindir.

Mütəxəssisin sözlərinə görə, hər iki zeytun növü "xərçənglə mübarizə aparan" qidalar siyahısındadır. Zeytunun tərkibində olan maddələr güclü ağrı kəsici və sümük qoruyucudur. Ən nəhayətində zeytunun qara və ya yaşıl olmasına əhəmiyyət vermədən, gündə 10-15 zeytun yemək sağlamlığa faydalıdır. Əgər artıq çəkidən əziyyət çəkirsinizsə yaşıl zeytuna üstünlük verməyiniz məsləhət görülür.

Nigar Orucova, “İki sahil”

Seçilən
170
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3348
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3192
Bu yol qovşağında təmir işləri aparılacaq
2588
Bakıda hoteldə yanğın başlayıb
2274
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1372
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1370
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1226
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1223
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1064
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1046
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
871
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
830
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
798
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
756
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
750
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
739
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
728
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
713
Sabah 5 kəndin qazı kəsiləcək
681
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
623