AZ

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir etdiyi üçün əməkdaşını işdən qovdu - FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.    Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən Məmmədovun müvafiq əmri ilə Zöhrab Baxşəliyev vəzifəsindən azad olunub. Z. Baxşəliyev sosial şəbəkələrdə özünü aid olmadığı vəzifənin icraçısı kimi təqdim etdiyi, tanınmış jurnalist Məhəmmədəli Qəriblini sosial şəbəkələrdə ağır söyüşlərlə təhqir etdiyi üçün işdən çıxarılıb. Qeyd edək ki, bir neçə gün bundan əvvəl "TikTok" sosial şəbəkəsində "Nemoy" ləqəbli Zöhrab Baxşəliyev Azinforum informasiya portalının baş redaktoru Məhəmmədəli Qəriblini ağır söyüşlərlə təhqir etmiş, aralarında mübahisə yaranmışdı. Məhəmmədəli Qəribli daha sonra məsələni ictimailəşdirmişdi. Fotoda: Məhəmmədəli Qəribli Fotoda: Zöhrab Baxşəliyev

Manşet.az

Seçilən
95
8
Mənbələr
Şərh ()
Bağla