AZ

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Tədqiqat:

Bakı, 29 mart, AZƏRTAC

Qidalarda şəkərin süni və təbii dadlandırıcılarla əvəzlənməsi insanlarda aclıq hissini artırmır və eyni zamanda qan şəkərinin səviyyəsinin azalmasına kömək edir.

AZƏRTAC “News Medical” saytına istinadla xəbər verir ki, bu barədə məlumat “The Rhone-Alpes” Araşdırma Mərkəzi ilə Lids Universiteti tərəfindən aparılan birgə tədqiqatın nəticələrində yer alıb. SWEET konsorsiumu tərəfindən dərc edilən araşdırma dadlandırıcıların və şirinliyi artıran əlavələrin sağlamlıqla bağlı uzunmüddətli faydalarını və potensial risklərini tədqiq edir.

Avropa İttifaqının “Horizon Europe” təşəbbüsü tərəfindən maliyyələşdirilən tədqiqatda artıq çəki və ya piylənmədən əziyyət çəkən 18-60 yaş arasında könüllülər iştirak edib. İki həftəlik üç istehlak dövründən ibarət sınaq zamanı iştirakçılar şəkər tərkibli meyvəli şirniyyatlarla qidalanıb. Onlar bir günlük fasilədən sonra qlükoza, insulin və iştaha bağlı hormonların ilkin səviyyələrini təyin etmək üçün qan analizi veriblər.

Araşdırma nəticəsində məlum olub ki, qidalarda şəkərin süni və təbii dadlandırıcılarla əvəzlənməsi iştahada və ya endokrin sistemdə heç bir dəyişiklik yaratmayıb, lakin yeməkdən sonrakı iki saat ərzində qan şəkərinin səviyyəsində azalma müşahidə olunub.

Tədqiqat müəlliflərinin fikrincə, dadlandırıcılar iştaha artmasına səbəb olmadan əlavə şəkər qəbulunu azaltmaq üçün faydalı vasitədir.

Seçilən
103
35
Mənbələr
Şərh ()
Bağla